EN
RU
Şəxsi kabinet
11-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi
17 - 19 noyabr 2021 Bakı Ekspo Mərkəzi

DƏSTƏK
caspianecology

Fotoqalereya

Rəsmi kataloq

Dəvətnaməni əldə edin

Sərgi proqramı
Caspian Ecology - “Caspian Ecology 2019” sərgisi – faydalı işgüzar əlaqələr, ekologiya sənayesinin aktual təmayülləri
Media мərkəz » Xəbərlər

“Caspian Ecology 2019” sərgisi – faydalı işgüzar əlaqələr, ekologiya sənayesinin aktual təmayülləri
15.11.2019

15 noyabr tarixində Bakı Ekspo Mərkəzində 10-cü Yubiley Azərbaycan Beynəlxalq Ətraf Mühit “Caspian Ecology 2019” sərgisi öz işini yekunlaşdırıb.

Yubiley sərgi boyu VIP turun və jurnalistlərlə keçirilən görüşlərin gedişində ətraf mühitin mühafizəsi və təbii resursların kultivasiyası ilə əlaqədar olan strukturların rəhbərləri “Caspian Ecology” sərgisinin effektivliyini dəfələrlə qeyd ediblər. Regionun aparıcı ekspozisiyası ənənəvi olaraq faydalı əlaqələri və ekologiya sənayesinin aktual tendensiyaları ilə tanışlığı təmin edib, eləcə də dövlət sektorunun nümayəndələri ilə ekoloji məhsul istehsalçıları, satıcıları, sektorun ekspertləri arasında çoxsaylı görüşlərin keçirilməsinə kömək edib. Ümumiyyətlə, sərgi 10 il ərzində dünyanın 15 ölkəsini təmsil edən 500-dən çox şirkəti bir araya gətirib.

Sərgi öz yubiley ilində növbəti dəfə ictimaiyyətin və müvafiq strukturların diqqətini ətraf mühitin mühafizəsi, təbii resurslardan istifadənin optomallaşdırılması və materialların təkrar emalı məsələlərinə yönəldib.  Əsas ekspozisiyalar ekologiya sektorunun aparıcı istiqamətlərini uğurla əks etdirib. Onların arasında tullantıların utilizasiyası, su təmizləmə sistemləri, sağlam qida, mühəndislik və konsaltinq xidmətləri, təkrar emal edilmiş materiallardan hazırlanmış məhsullar, kağız istehsalı və başqaları yer alıb.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, Naxçıvan Muxtar Respublikasının  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, “IDEA” İctimai Birliyinin, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin mütərəqqi ekoloji layihələri ziyarətçilərin diqqətini cəlb edib.

Eksponentlərin əksəriyyəti “Azersu”, “Azersun”, “Azergold”, “BP”, “GIZ”, “Socar Polymer”, “Təmiz Şəhər” kimi şirkət və strukturların sərgidə iştirakının və bu təşkilatların nümayəndələri ilə aparılan işgüzar danışıqların şəksiz faydasını qeyd edib.

Sərginin işgüzar proqramının gedişində tədbirin yerli və xarici iştirakçıları arasında “B2B” formatlı ikitərəfli işgüzar görüşlər keçirilib. Sərgi çərçivəsində ilk dəfə olaraq “Şirkətin sosial məsuliyyəti –Yaşıl dalğa” adlı sessiya keçirilib və bu sessiyanın gedişində bir sıra şirkətlərin nümayəndələri ekoloji istiqamətdə tədbirlərin reallaşdırılması üzrə praktik təcrübələrini paylaşıb.

Beləliklə, “Caspian Ecology” sərgisi sənayenin aparıcı iştirakçıları və dövlət strukturları ilə bir araya gəlmək, yeni təchizatçı və tərəfdaşlarla tanış olmaq, sərfəli sazişlər imzalamaq imkanı verən vacib strateji qovşaqdır.

Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” (CEO) şirkəti çıxış edir. Sərgi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “IDEA” İctimai Birliyi və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən dəstəklənir.