EN
RU
Şəxsi kabinet
11-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi
17 - 19 noyabr 2021 Bakı Ekspo Mərkəzi

DƏSTƏK
caspianecology

Fotoqalereya

Rəsmi kataloq

Dəvətnaməni əldə edin

Sərgi proqramı
Caspian Ecology - Nano-texnologiya əsaslı innovativ preparatlar
Media мərkəz » Xəbərlər

Nano-texnologiya əsaslı innovativ preparatlar
15.11.2019

Xəbərlər

Tofiq Muradov, “AGS TurkAZ” şirkətinin direktoru

- “AGS TurkAZ” şirkətinin əsas fəaliyyət istiqaməti suvarma sistemlərinin layihələndiriməsi, quraşdırılması və istismara verilməsi, eləcə də gübrə tədarüküdür. Qeyd etməliyəm ki, suvarma sistemi üçün bütün ləvazimatlar beynəlxalq ekoloji standartlara cavab verir. Tədarük edilən gübrələr süni və ya kimyəvi deyil, təbii komponentlərdən hazırlanır.

Bu sərgidə xüsusi diqqət yetirilmiş şirkətinin yeni fəaliyyət istiqaməti məkanın dezinfeksiyası üçün innovativ “Nano Argentalin” preparatıdır. Nano-texnologiya əsasında hazırlanmış, tərkibində koloidal gümüş olan bu preparatın komponentləri arasında zərərli maddələr - xlor, fenol və aldehidlər yoxdur. Preparat insanlar və ətraf mühit üçün tam təhlükəsizdir, cod suda effektlidir, yanğına davamlıdır, qoxusu yoxdur və su il asanlıqla yuyulur, mikrob əleyhinə uzunmüddətli təsirə malikdir.

Şirkət Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə suvarma sahəsində irimiqyaslı layihələr həyata keçirir. Bu işlər damcı suvarma sistemlərindən, boru və birləşdirici elementlərdən, suyun filtrasiyası və s. məhsullardan istifadəni nəzərdə tutur. “Caspian Ecology 2019” sərgisi bütün bu məsələlər üzrə ziyarətçiləri effektli məlumatlarla təmin edir, potensial müştərilər cəlb edir. Buna görə də biz sərgidən sonra müştərilərimizin sayını artırmağa ümid edirik.