EN
RU
Şəxsi kabinet
11-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi
17 - 19 noyabr 2021 Bakı Ekspo Mərkəzi

DƏSTƏK
caspianecology

Fotoqalereya

Rəsmi kataloq

Dəvətnaməni əldə edin

Sərgi proqramı
Caspian Ecology - Hiss olunur ki, təşkilatçılar vicdanla çalışıblar!
Media мərkəz » Xəbərlər

Hiss olunur ki, təşkilatçılar vicdanla çalışıblar!
14.11.2019

Xəbərlər

Şəkər Muxtarova, Azərbaycan EA-nın Botanika Institutunun bioloqu

Biz bura dəvət əsasında və həmkarlarımız ilə gəlmişik. Bizim ixtisasımız olan biologiya elmi insanın təbiət ilə sıx təmasını nəzərdə tutur. Mənim elmi ixtisasım alqologiya – yosunların öyrənilməsidir. Deyə bilərəm ki, biologiyanın bu bölməsi təbii resursların qorunması, ekologiya naminə mübarizə məsələləri ilə sıx bağlıdır və buna görə də bu sərginin əhəmiyyətini təkidlə vurğulayıram. Sərgi çox maraqlıdır, stendlər zəngin, gözəl təşkil edilib, xeyli elmi-texniki məlumat verilir.

Ətraf mühitin zənginliyini və müxtəlifliyini nümayiş etdirən əyani ekspozisiyalar, dəqiq hazırlanmış maketləri daha çox bəyəndik. Yerli və xarici şirkətlərin ekspozisiyaları parlaq təəssürat yaradıb. Ümumiyyətlə, buranın ab-havası həm ciddi, həm də mehriban bir ekskursiya səyahətinə şərait yaradır - hiss olunur ki, təşkilatçılar vicdanla çalışıblar!

Mən belə tədbirdə ziyarətçi kimi ilk dəfə iştirak edirəm və şadam ki, vaxtımı faydalı keçirdim.