EN
RU
Şəxsi kabinet
11-ci Azərbaycan Beynəlxalq
Ətraf Mühit Sərgisi

17 - 19 noyabr 2021 Bakı Ekspo Mərkəzi

DƏSTƏK
caspianecology

Dəvətnaməni əldə edin

Fotoqalereya

Sərgi hesabatı 2019

Rəsmi kataloq
Caspian Ecology - Xəzər dənizində biosenozun qorunması naminə töhfəmiz
Media мərkəz » Xəbərlər

Xəzər dənizində biosenozun qorunması naminə töhfəmiz
14.11.2019

Xəbərlər

Adil Məmmədzadə, “Azvarvara” şirkətinin satış üzrə direktoru

- “Azvarvara” şirkəti 2009-cu ildən etibarən nərə balıqlarının yetişdirilməsi ilə məşğuldur. Şirkət hazırda nərə balığının bütün növlərinin kürü və ətini tədarük edir. Bu il kürünü bir sıra Avropa, Amerika ölkələrinə, eləcə də Yaponiyaya ixrac etməyə başlamışıq. Sərgidə iştirak etməkdə məqsədimiz şirkətin yeni məhsulunu uğurla təqdim etməkdir.

Şirkət Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə (ilk növbədə Xəzər dənizində nəsli tükənməkdə olan nərə balığı növlərinin qorunması istiqamətində) sıx əməkdaşlıq edir. Şirkətin uğurlarını bölüşmək istəyirəm. Biz bu il dənizə çəkisi 500 qramadək olan 60 min ədəd kiçik nərə balığı buraxmışıq. Yaxın illərdə çəkisi 50-60 qram olan 5 milyon ədəddən artıq nərə balığının dənizə buraxılması planlaşdırılır. Bu bizim Xəzər dənizinin bioloji müxtəlifliyinin və onun əsas nümunəsi olan nərə balığının qorunmasına verdiyimiz töhfədir.

Sərgi maraqlı görüşlər, təcrübə mübadiləsi və əməkdaşlığı genişləndirmə perspektivləri olan ənənəvi işgüzar tempi ilə fərqlənir. Təşkilatçı və iştirakçıları onillik yubiley münasibətilə təbrik edirik!



TƏRƏFDAŞLAR