EN
RU
Şəxsi kabinet
10-cu Yubiley Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi
13 - 15 noyabr 2019 Bakı Ekspo Mərkəzi

DƏSTƏK
 
caspianecology

Sərgi proqramı

Dəvətnaməni əldə edin

Fotoqalereya

Rəsmi kataloq
Caspian Ecology - Təbiətə birlikdə kömək edək!
Media мərkəz » Xəbərlər

Təbiətə birlikdə kömək edək!
02.11.2019

Xəbərlər

2 noyabr tarixində Bakı Olimpiya Stadionunun yaxınlığında yerləşən Böyükşor gölü ərazisində Azərbaycan Beynəlxalq Ətraf Mühit “Caspian Ecology” sərgisinin 10 illik yubileyi münasibəti ilə sərv ağacları əkilib.

Yeni yaşıl zona şəhərimizin bioloji müxtəlifliyini daha da zənginləşdirəcək. Məhz sərv ağacının seçilməsi təsadüfi deyil – hələ qədim zamanlardan dözümlülük, əzmkarlıq və diriliyin rəmzi olan sərv ağacı həmişəyaşıl və uzunömürlü ağacdır. Əkin üçün ağaclar “Bakı Abadlıq Xidməti” tərəfindən təmin edilib.

Sərv ağaclarının əkinində sərginin daimi iştirakçıları, sərginin təşkilatçıları, onların uşaqları, eləcə də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri iştirak ediblər. Ümumilikdə 50-dən artıq sərv ağacı əkilib.

“Caspian Ecology” sərgisi ilk dəfə 2010-cu ildə öz qapılarını ziyarətçilərin üzünə açıb və həmin vaxtdan bəri tədbirin populyarlığı həm Azərbaycanın, həm də regionun mütəxəssisləri arasında durmadan artır. Sərgi 10 il uğurlu fəaliyyəti ərzində dünyanın 15 ölkəsindən 500 şirkəti bir araya gətirməyə müvəffəq olub.

Builki sərgi öz yubileyi çərçivəsində ictimaiyyətin və müvafiq qurumların diqqətini növbəti dəfə ətraf mühitin qorunması, təbii resurslardan istifadənin optimallaşdırılması və materialların təkrar emalı kimi məsələlərə yönəldəcək. “Caspian Ecology” sərgisinin iştirakçıları olan aparıcı sənaye şirkətləri 3 gün ərzində sektorun ən son nailiyyət və innovasiyalarını sərginin peşəkar auditoriyasına nümayiş etdirəcəklər.

“Caspian Ecology” sərgisi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və IDEA İctimai Birliyi tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı “Caspian Event Organisers” şirkətidir. Tədbirin sponsorları qismində “Mətanət A”, “AIMC” və “Holcim Azerbaijan” şirkətləri çıxış edirlər.

“Caspian Ecology 2019” sərgisi 13-15 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək.



TƏRƏFDAŞLAR