EN
RU
Şəxsi kabinet
10-cu Yubiley Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi
13 - 15 noyabr 2019 Bakı Ekspo Mərkəzi

DƏSTƏK
 
caspianecology

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Fotoqalereya

Rəsmi kataloq
CASPIAN ECOLOGY - Təbiəti qorumaq üçün könüllülər axtarılır
Media мərkəz » Xəbərlər

Təbiəti qorumaq üçün könüllülər axtarılır
01.08.2019

Xəbərlər

Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşə və yaşıllıqların qorunması, yaşıllıq sahələrinin genişləndirilməsi işinin kütləviləşməsi, vətəndaşların ekoloji məsələlərə həssaslığının artırılması və ictimai nəzarətin daha da gücləndirilməsi məqsədilə “Təbiətin dostu” ekoloji könüllülər hərəkatının təşkilinə start verib.

Oxu.Az xəbər verir ki, bu barədə nazirliyin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova məlumat verib. 

O qeyd edib ki, artıq meşə və yaşıllıqların qorunması istiqamətində əhali arasında təbliğat və maarifləndirmə işləri aparacaq bir qrup şəxsə “Təbiətin dostu” adlı emblemlər təqdim olunub:

“Nazirlik təbiətsevərləri, yaşıllıq sahələrinin qorunmasına biganə qalmayan vətəndaşlarımızı “Təbiətin dostu” hərəkatına qoşulmağa dəvət edir”.



TƏRƏFDAŞLAR