EN
RU
Şəxsi kabinet
9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi
14 - 16 noyabr 2018 Bakı Ekspo Mərkəzi
caspianecology
CASPIAN ECOLOGY - Oktyabr ayından etibarən Şamaxı Safari Parkına turist səfərləri təşkil ediləcək
Media мərkəz » Xəbərlər

Oktyabr ayından etibarən Şamaxı Safari Parkına turist səfərləri təşkil ediləcək
27.08.2018

Xəbərlər

Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Şamaxı Safari Parkında olublar.

“Azər Ekov” MMC-nin direktoru Tofiq Həsənov xəbər verdi ki, vəhşi heyvanlar üçün ekoloji qoruğun yaradılması məqsədilə Şamaxı rayonunda Pirqulu adlanan dağ-meşə massivində 620 hektar ərazinin hüdudları içərisində 480 hektarlıq sahə beynəlxalq standartlara uyğun formada çəpərlənib. 

“İstifadəyə verildiyi vaxt parkda 790 baş heyvan - nəcib maral, lan və muflon kimi genetik qiymətli heyvanlar var idi. Görülən seleksiya və baytarlıq tədbirləri nəticəsində bu heyvanların sayı hazırda 1000-i ötüb”, -  Tofiq Həsənov belə deyib.

Təhsil Nazirliyi ilə əldə edilən razılığa əsasən, sentyabr ayından etibarən tələbələr üçün Safari Parkına pulsuz turlar təşkil ediləcək.

“Turist qəbulu üçün də hazırlıqlar tamamlanmaq üzrədir. Oktyabrdan etibarən turistlərin buraya səfərləri təşkil olunacaq. Həm məktəblilər, həm də turistlər parkda vəhşi heyvanları seyr edə, onların şəkillərini çəkə və ətraflı məlumat ala biləcəklər”, - deyə Tofiq Həsənov bildirib.

Şamaxı Safari Parkı 2017-ci il oktyabrın 2-də yaradılıb.



TƏRƏFDAŞLAR