EN
RU
Şəxsi kabinet
11-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi
17 - 19 noyabr 2021 Bakı Ekspo Mərkəzi

DƏSTƏK
caspianecology

Dəvətnaməni əldə edin

Sərgi proqramı

Rəsmi kataloq

Fotoqalereya
Sərgi » Sərgi haqqında

“Caspian Ecology” 2019 - Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi Xəzəryanı və Qafqaz regionlarında ekologiya və ətraf mühitin mühafizəsi üzrə keçirilən mühüm tədbirdir. Bu sahədə fəaliyyət göstərən yerli və xarici şirkətləri öz meydançasında bir araya gətirən Caspian Ecology sərgisi Azərbaycanda biznesinizin inkişafı üçün ən əlverişli vasitə olacaqdır.


SƏRGİNİN BÖLMƏLƏRİ

  • Ekoloji cəhətdən təhlükəsiz texnologiya və istehsal
  • Ətraf mühitin monitorinqi və ətraf mühitin çirklənməsinin qiymətləndirilməsi üsulları
  • Eко - layihələr
  • Havaya buraxılan sənaye emissiyalarını təmizləyən sistemlər
  • Landşaft və dizayn
  • Polimer və rezin tullantılarının emalı (maşın və avadanlıq)
  • Şəhər ətraf mühit üçün təmizləyici nəqliyyat vasitələri və qurğuları
  • Sənaye tullantılarının idarə edilməsi və emalı
  • Səs izolyasiya texnologiyaları, səs-küy və vibrasiya nəzarəti
  • Su və tullantı sular
  • Torpağın təmizlənməsi və bərpası üsulları
  • Yaşıl enerji


2018 – ci il üzrə rəqəm və faktlar

İştirakçıların sayı – 43 şirkət

İştirakçıların coğrafiyası – Almaniya, Azərbaycan, Birləşmiş Krallıq, Finlandiya, Fransa, Rusiya, Türkiyə, İtaliya, Ukrayna

Ziyarətçilərin sayı – 2418 mütəxəssis

Ziyarətçilərin coğrafiyası – Almaniya, Avstriya, Azərbaycan, Birləşmiş Krallıq, Finlandiya, İran, Latviya, Niderland, Rusiya, Türkiyə, Ukrayna

Ümumi sahə - 1885.5 m2

Caspian Ecology  sərgisi çərçivəsində xüsusi sektor “Yaşıllaşdırma, Landşaft Dizaynı və  Bağ Texnikası”


SEKTORUN BÖLMƏLƏRİ:

  • Landşaft və layihələndirmə
  • Süni çarhovuzlar və fəvvarələr
  • Uşaq meydançaları
  • Floristika, ərazilərin abadlaşdırılması və yaşıllaşdırılması
  • Boru və drenaj sistemləri
  • Dibçək bitkiləri
  • Güllüklər, istixanalar, alp təpələrinin yaradılması üçün material və komponentlər
  • Bitkilər üçün torpaq, kompost və gübrələr
  • Landşaft dizaynı, layihələndirilməsi və tikintisi üzrə xidmətlər
  • Bağa qulluq və bağın saxlanılması üçün əl alətləri və texnika
  • Bağ gölləri, şəlalələr, onların abadlaşdırılması üçün avadanlıqlar və bitkilər
  • Suvarma sistemləri
  • Landşaft layihələndirilməsi, yaşıllaşdırma və abadlaşdırma xidmətləri
  • Fitodizayn
  • Fəvvarələr, şəlalələr
  • Ətrafın yaşıllaşdırılması üçün güllər, qazon otları və dekorativ bitkilər


ƏLAVƏ TƏDBİRLƏR       

  • Sərginin işgüzar proqramı çərçivəsində ilk dəfə olaraq sərgi iştirakçıları arasında görüşlər, eləcə də müxtəlif seminarlar keçirilib. Həmçinin, İtaliya Ticarət Agentliyi tərəfindən təşkil olunan “B2B” formatlı ikitərəfli işgüzar görüşlər keçiriblər.
  • Həmçinin sərgi çərçivəsində “Qafqazda vəhşi təbiətin bərpası üzrə əməkdaşlıq” mövzusunda beynəlxalq elmi konfrans da keçirilmişdi. Konfransın məqsədi bioloji müxtəlifliyin qorunması, regionun təbii bərpa sahəsində potensialının inkişafı üçün prioritetləri müəyyənləşdirmək və regional əməkdaşlığı genişləndirmək idi. Tədbirdə bir sıra ölkələrin tanınmış mütəxəssisləri iştirak ediblər.
  • Təşkilatçılar sərgilər çərçivəsində “Düşünüb, bölüşürük" layihəsini davam etdirdilər. Bu dəfə, ekoloji problemlərinə və xammalın təkrar istifadə imkanlarına biganə qalmayıb kiçik biznes nümayəndələri lobbidə xüsusi hazırlanmış bir stenddə iştirak etdilər.


“CASPIAN ECOLOGY” SƏRGİSİNDƏ İŞTİRAK ETMƏYİN ÜSTÜNLÜKLƏRİ:

1. Ən qısa müddət ərzində şirkətinizi yerli bazarda tanıtdırmaq,  xidmət və məhsullarınızın üstünlüklərini nümayiş etdirmək imkanı

2.  Xidmət və məhsulların birbaşa satışı       

3.  Rəqib şirkətlərlə canlı rəqabət apararaq imiclərinin möhkəmlənməsi

4.  Dövlət strukturlarının rəhbərləri və sahə üzrə mütəxəssislər ilə görüş imkanı

5.  Eyni məkanda potensial sifarişçi və tərəfdaşlar ilə işgüzar görüşlər keçirmək fürsəti

 

Muxtar Babayev, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Naziri
-“İnnovativ texnologiyalardan istifadənin təşviqi, işgüzar münasibətlərin qurulması və təcrübə mübadiləsinin aparılması baxımından belə sərgilərin böyük əhəmiyyəti vardır. Sərgidə təqdim olunacaq texnologiya və mütərəqqi təcrübənin hazırda ölkəmizdə həyata keçirilən ekoloji layihələr çərçivəsində tətbiq olunması məsələlərinin müzakirəsi üçün əlverişli imkan yaranacaqdır. İnanıram ki, sayca 9-cu olan “Caspian Ecology” sərgisi uğurla keçəcək və ətraf mühitin mühafizəsi sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan növbəti addım olacaqdır”.


Kennet Kumenius, Finlandiya Su Forumunda (FSF) idarəedici direktor müavini
-“Bu il biz “Caspian Ecology” sərgisində debüt edirik və ümidvarıq ki, aktiv şəkildə inkişaf edən bu ölkədə su ehtiyatları sahəsində zəngin təcrübəmizə ehtiyac olacaq”.


Şahin Şahbazov, ”Oreon Commerce” (Azərbaycan) şirkətinin təsisçisi
-“Bizim şirkət 2018-ci ilin yanvar ayında təsis edilib və “Caspian Ecology” sərgisində debüt edir.  Hesab edirəm ki, bu tədbir öz imkanlarımızı nümayiş etdirməyə imkan verəcək və ölkə üçün unikal olan məhsullarımıza böyük maraq yaradacaq”.


Yunis Abdiyev, ”Suyum Az” MMC-nin (Azərbyacan) direktoru
-“Biz bu sərgidə hər il iştirak etməyə çalışırıq, çünki bu, şirkətin imicini təsdiq etmək və bazardakı mövqeyi möhkəmləndirmək baxımından vacib addımdır”.


Oğuz Vural, ”HAUS Centrifuge Technologies Co.” (Türkiyə) şirkətində satış meneceri
-“Bu sərgi biznesimizi regionda inkişaf etdirmək və qardaş ölkədə fəaliyyət göstərmək üçün imkanlar yaradan möhtəşəm bir hadisədir.

 

Dəstək

 
 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi