EN
RU
9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi
14 - 16 noyabr 2018 Bakı Ekspo Mərkəzi
caspianecology

Dəvətnaməni əldə edin

Fotoqalereya

Stendin rezervasiyası

Rəsmi kataloq
Caspian Ecology - 20 tondan 132 tona qədər yüzlərlə sutəmizləmə qurğusu
Media мərkəz » Xəbərlər

20 tondan 132 tona qədər yüzlərlə sutəmizləmə qurğusu
15.11.2017

Xəbərlər

Rəşad Mirzəyev, “RETRO Holding LLC” şirkətinin satış üzrə meneceri

– Biz “Caspian Ecology 2017” sərgisində Cənubi Qafqazda sement üçün kağız kisələr istehsal edən yeganə zavodu təqdim edirik. Bu kisələr ekoloji cəhətdən təmiz xammaldan hazırlanır və buna görə istehsal ümumilikdə bütün ekoloji tələblərə cavab verir.

Digər stenddə isə artıq Azərbaycanın regionlarında geniş tətbiq olunan modul tipli sutəmizləmə qurğuları təqdim edilir. Bu məhsul Azərbaycan Milli Aviasiya Akademiyasının mütəxəssisləri tərəfindən hazırlanıb. Bu qurğular ölkənin rayonlarında fermer təsərrüfatları və müəssisələrdən daha çox (Ölkə başçısının müvafiq sərəncamına əsasən) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə quraşdırılır. “RETRO Holding” şirkəti 20 tondan 132 tonadək müxtəlif gücə malik sutəmizləmə qurğuları istehsal edir. Əlbəttə, əhalinin sayı önəmlidir, belə ki, “RETRO Holding” şirkətinin qurğuları artıq ölkənin 200 kəndində qurulub və yaxın gələcəkdə əlavə olaraq 60 belə qurğu da quraşdırılacaq. Ümumiyyətlə, layihə regionlarda 450 yaşayış məntəqəsini əhatə edəcəkdir.

Su ehtiyatlarının tükənmə və çirklənmədən qorunması və onlardan səmərəli istifadə qlobal miqyasda ən vacib problemlərdən biridir. “RETRO Holding” şirkəti bazarda 10 ildən artıq fəaliyyət göstərir və müəssisələrə, eləcə də əhaliyə suyun təmizlənməsi üçün ən yeni metodları təklif etməklə yanaşı, Azərbaycanda ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən tədbirlərə da öz töhfəsini verir.

Biz şirkətimiz barədə məlumat vermək, məhsullarımız barədə danışmaq və təcrübəmizi digər iştirakçılarla bölüşmək üçün imkan yaratdıqlarına görə “Caspian Ecology” sərgisinin təşkilatçılarına səmimi qəlbdən minnətdarıq. 

 



TƏRƏFDAŞLAR