EN
RU
9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi
14 - 16 noyabr 2018 Bakı Ekspo Mərkəzi
caspianecology

Dəvətnaməni əldə edin

Fotoqalereya

Stendin rezervasiyası

Rəsmi kataloq
Caspian Ecology - Tullantıları gəlirə çevirək!
Media мərkəz » Xəbərlər

Tullantıları gəlirə çevirək!
15.11.2017

Xəbərlər

Elmar Məlikov, ictimaiyyətlə Əlaqələr Bölməsinin rəhbəri, “Temiz Şəhər” ASC-nin mətbuat katibi

– “Təmiz Şəhər” ASC Azərbaycanda sülb (bərk) məişət tullantılarının (SMT) çeşidlənməsi, yandırılması üçün zavodlara, habelə onların utilizasiyası üçün poliqona malikdir. Tullantılar müvafiq şəkildə çeşidləndikdən sonra təkrar emala yararlı olan xammal Balaxanı Sənaye Parkına göndərilir. Yerdə qalan kütlə isə Sülb (bərk) məişət tullantılarının yandırılması zavoduna göndərilir və burada istilikdən elektrik enerjisi əldə edilir. İstehsal həcmi ildə 231 milyon kilovat / saata çatır ki, bu da şəhərin 300 min əhalisini elektrik enerjisi ilə təmin edir.

Emala uyğun olmayan tullantılar Balaxanı poliqonuna göndərilir, burada çirkab suları xüsusi filtrlər vasitəsi ilə suvarma üçün uyğun texniki suya çevrilir. Poliqonda 10 mindən çox ağac əkilmişdir.

Üzvi tullantı vasitələrinin anaerob parçalanması yarandıqda, “poliqon qazı “ (bio-qaz, metan qazı) yaranır, bu yan məhsul xüsusi generatorlar vasitəsi ilə elektrik enerjisinə çevrilərək poliqonun daxili ehtiyacları üçün istifadə olunur.

“Təmiz Şəhər” ASC 2012-ci ildən etibarən Heydər Əliyev Fondunun təşəbbüsü və IDEA təşkilatının dəstəyi ilə Qala qəsəbəsində Beynəlxalq “Tullantıdan sənətə” sərgisini təşkil və bu tədbir artıq dünyanın 36 ölkəsindən 140 incəsənət xadimini cəlb etmişdir. Həmçinin Qalada dünyanın ən böyük muzeylərindən biri fəaliyyət göstərir.

“Caspian Ecology” sərgisinin keçirilməsi vacibdir, belə ki, burada iştirak müasir nailiyyətləri nümayiş etdirməyə və digər şirkətlərin təcrübəsi ilə tanış olmağa imkan yaradır.



TƏRƏFDAŞLAR