EN
RU
9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi
14 - 16 noyabr 2018 Bakı Ekspo Mərkəzi
caspianecology

Dəvətnaməni əldə edin

Fotoqalereya

Stendin rezervasiyası

Rəsmi kataloq
Caspian Ecology - Populyar damcı suvarma sistemləri
Media мərkəz » Xəbərlər

Populyar damcı suvarma sistemləri
15.11.2017

Xəbərlər

Raqif Piriyev, “Rivulis Irrigation” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri

– “Rivulis Irrigation” şirkəti yerli fermerlər tərəfindən geniş istifadə olunan damcı suvarma sistemləri istehsal edən İsrail şirkətinin Azərbaycandakı nümayəndəliyidir. Sistemlər şlanqları tıxanmadan qoruyan filtrlər və maye tədarükünü tənzimləyən klapanlarla təchiz olunmuşdur. Bu sistemlər gübrənin daha yaxşı sovrulmasını təmin edir. Qidalandırıcı vasitələr birbaşa suvarma sahəsindəki köklərə daxil olur ki, bu da bitkilərin gübrələri daha tez və daha intensiv şəkildə udmasını təmin edir. Bu, gübrələmənin ən effektli üsuludur.

Damcı suvarma üsulu mineral və üzvi gübrələrə qənaət etməyə imkan verir, belə ki, müəyyən miqdarda gübrə verilir və bitkilər istənilən miqdarda qidalandırıcı vasitəni qəbul edir. Bunun üçün minimal əmək tələb olunur, qurğular tam müstəqil şəkildə elektrikləşdirilib və buna görə də, fermerlər bol məhsul əldə etmək üçün çox səy göstərmirlər. Onu da qeyd edim ki, bu sistemlər ekoloji standartlara tam uyğundur, belə ki, onlar su ehtiyatlarına qənaət etməyə imkan verir.

Sərgidə içməli və çirkab suları təmizləmək üçün “ODIS” filtrləri də təqdim edilir.

“Rivulis Irrigation” şirkəti yeddi ildir ki, Azərbaycanda fəaliyyət göstərir, lakin biz “Caspian Ecology” sərgisində debüt edirik. Əminik ki, Avropa şirkətləri Azərbaycanda hansı məhsulların istehsal olunduğunu və ölkədə hansı məhsullara tələbat olduğunu bilməlidir. Qeyd edim ki, “Rivulis Irrigation” və “ODIS Filtering” şirkətləri Avropada çox populyardır və biz istərdik ki, məhsullarımız təkcə Azərbaycanda deyil, eyni zamanda regionda daha çox tanınsın.



TƏRƏFDAŞLAR