EN
RU
9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi
14 - 16 noyabr 2018 Bakı Ekspo Mərkəzi
caspianecology

Dəvətnaməni əldə edin

Fotoqalereya

Stendin rezervasiyası

Rəsmi kataloq
Caspian Ecology - Biz “Caspian Ecology” sərgisinin keçirilməsini təqdir edirik!
Media мərkəz » Xəbərlər

Biz “Caspian Ecology” sərgisinin keçirilməsini təqdir edirik!
15.11.2017

Xəbərlər

Mehman Mehdiyev, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (“Kaspar”) QSC Mətbuat xidmətinin rəhbəri

– Ətraf mühitin mühafizəsi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin uğurlu və davamlı inkişafının ən mühüm meyarlardan biridir. Gəmilərin istismarı və sahildəki obyektlərin fəaliyyəti zamanı yaranan neft şlamları və tullantı yağların, eləcə də digər maye və sülb (qatı) tullantıların ətraf mühitə mənfi təsirlərinin azaldılması daim şirkətin diqqət mərkəzindədir. Bunun üçün zəruri profilaktik tədbirlər görülür və dövri hesabatlar hazırlanır. Həmçinin bütün bu məlumatlar KİV vasitəsi ilə geniş ictimaiyyətə çatdırılır.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC “Caspian Ecology 2017” sərgisində ayrıca stendlə təmsil olunur və ziyarətçilər burada foto-video materialların, eləcə də maketlərin köməyi ilə gəmiçilik şirkətinin fəaliyyət və xidmətləri, ətraf mühitin müdafiəsi istiqamətində həyata keçirilmiş işlərlə tanış ola bilərlər. Xüsusən, “Kaspar” şirkətinin maye və sülb (bərk) sənaye və məişət tullantılarının yığılması, saxlanması, nəqli, emalı, atılması və utilizasiyası məsələsini necə həll etdiyinə dair ətraflı məlumat veririk.

Onu da qeyd edim ki, “Caspian Ecology 2017” sərgisinin əsas məqsədi ekoloji məsələlərə ictimaiyyətin diqqətini cəlb etməkdir. Xəzər və Qafqaz regionlarında “Caspian Ecology 2017” ekologiya sərgisi kimi mühüm tədbiri layiqincə qiymətləndirməmək olmaz. Burada ətraf mühitin mühafizəsi, təbii sərvətlərin səmərəli istifadəsi üzrə layihələr kompleks şəkildə təqdim olunur. “Kaspar” şirkəti bu sərginin təşkil edilməsi və keçirilməsindən çox məmnundur.

 



TƏRƏFDAŞLAR