EN
RU
9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi
14 - 16 noyabr 2018 Bakı Ekspo Mərkəzi
caspianecology

Dəvətnaməni əldə edin

Fotoqalereya

Stendin rezervasiyası

Rəsmi kataloq
Sərgi » Sərgi haqqında

Caspian Ecology 2017: Ətraf mühitin mühafizəsi məsələləri - diqqət mərkəzində

14 noyabr tarixində Bakı Ekspo Mərkəzində 8-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit “Caspian Ecology 2017” sərgisi öz işinə başladı. Sərgi ekologiya və ətraf mühitin mühafizəsi sahəsində həm Xəzər, həm də Qafqaz regionlarında həyata keçirilən mühüm tədbirdir. “Caspian Ecology” sərgisi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyi tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində isə “Caspian EventOrganisers” (CEO) şirkəti çıxış edir.

Sərginin VİP turu keçirildi və VİP turda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini cənab Firdovsi Əliyev və “Caspian Event Organisers” şirkətinin direktoru cənab Edvard Stroon iştirak ediblər.

Bu il “Caspian Ecology” sərgisində dünyanın 7 ölkəsindən 53 şirkət iştirak edir. Onların arasında Azərbaycan, Almaniya, Böyük Britaniya, İsrail və digər ölkələr var. SərgidəAzərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, həmçinin AZƏRSU, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC, “Təmiz Şəhər” ASC, Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi kimi dövlət qurumları iştirak edirlər. Sərgidə həmçinin BP, SOCAR, HAZARDOUS WASTES, POLYMART, RETRO Holding, SOCAR POLYMER, ODIS FILTERING LTD kimi böyük şirkətlər öz xidmət və məhsullarını təqdim edirlər.

Ümumilikdə, “Caspian Ecology 2017” təbii resurslardan səmərəli istifadəsi sahəsində ən son məhsullar, sülb (bərk) tullantıların toplanması və utilizasiyası sistemləri, eləcə də alternativ energetika üzrə müasir avadanlıq nümunələri və digər məhsulları nümayiş etdirir.

İlk dəfə olaraq “Caspian Ecology” sərgisi çərçivəsində təşkilatçılar tərəfindən “Funksional Ekologiya və Ətraf mühit” mövzusunda konfrans keçirilir. Konfrans bölgədəki ən mühüm ekoloji məsələləri əhatə edir: “Su ehtiyatlarının mühafizəsi və səmərəli idarə olunması”, “Su təsərrüfatında enerji effektivliyi və ekoloji cəhətdən təmiz texnologiyaların inkişafı”, “Təmiz Şəhər” ASC-nin fəaliyyəti”, “Davamlı inkişaf prinsipləri çərçivəsində ətraf mühitin idarə olunması”, “Ətraf mühitin mühafizəsi məqsədilə “yaşıl iqtisadiyyat” prinsiplərinin tətbiqi”, “Atmosferin çirklənməsində nəqliyyat vasitələrinin yeri”, “Qlobal İstiləşmə”. Konfransda Mütəllim Əbdülhəsənov, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekologiya və Təbiəti Mühafizə Siyasəti şöbəsinin sektor müdiri, Elçin Qurbanov, Azərsu ASC–nin  Elmi Araşdırmalar və Xarici Əlaqələr şöbəsinin aparıcı mühəndisi, Nəzakət İsayeva, IDEA İB-nin nümayəndəsi, Sabit Zeyniyev, “Təmiz Şəhər” ASC–nin Ətraf Mühitin və Əməyin Mühafizəsinin şöbəsinin müdiri, İmran Əbdülov, ETSN-in Milli Hidrometeorologiya departamentinin direktor müavini, Mirsalam Qənbərov, ETSN-in  Ətraf Mühit üzrə Milli Monitorinq departamentinin baş məsləhətçisi, Telman Zeynalov, Milli Ekoloji Proqnozlaşdırma Mərkəzi İB-nin prezidenti, Sadiq Həsənov, Sağlam Həyata Doğru Ekoloji İB- nin rəhbəri məruzəçi qismində çıxış edirlər.

Beləliklə, Beynəlxalq “Caspian Ecology” sərgisi işgüzar əlaqələrin genişləndirilməsi, habelə sənayedəki yeniliklərlətanışlığa imkan yaratmaqla yanaşı, ətraf mühitin yaxşılaşdırılması istiqamətində görülən işlərə də əlavə təkan verəcək. Sərgi işini 16 noyabr tarixində bitiricək. #CaspianEcology


TƏRƏFDAŞLAR