Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия










Bütün video xəbərlər...

“Xəzər: Ətraf mühit üçün texnologiyalar” 6-cı Azərbaycan Beynəlxalq Ətraf mühit sərgisi

6-cı Azərbaycan Beynəlxalq Ətraf mühit (“CTE” 2015) sərgisi 18 noyabr Bakı Ekspo Mərkəzində öz işinə başladı.

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov, Bolqarıstan Respublikasının ətraf mühit və sular naziri xanım İvelina Vasilyeva, eləcə də xarici diplomatlar və respublikanın müvafiq sahə rəhbərlərinin iştirakı ilə keçirilən VIP-tur sərginin əsas tematik istiqamətlərini əhatə edərək, qonaqların diqqətini sənaye sahəsi üzrə davamlı regional layihələrin həyata keçirilməsinə yönəltdi. VIP-tur zamanı cənab nazir bir çox stendləri ziyarət etdi və sənayenin iri regional layihələrinin işlənib hazırlanmasına diqqət yetirdi. VIP-turdan sonra cənab Bağırov və xanım Vasilyeva media nümayəndələrinə müsahibə verdilər və ekoloji sahə üçün sərginin vacibliyini vurğuladılar.

Bu il sərgidə ümumilikdə 10 ölkədən - Azərbaycan, Almaniya, Çexiya, Rusiya, Türkiyə, İsveçrə və digər ölkələrdən 35 şirkət iştirak edir. Ətraf mühit sərgisində ardıcıl olaraq ikinci il iştirak edən Çexiya milli stendi isə bu dəfə Çex Respublikasının 7 aparıcı şirkətini təqdim edir. Sərgidə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, eləcə də bu il sərgidə ilk dəfə iştirak edən Azərbaycan Respublikası Təhsil Nazirliyi kimi dövlət strukturları iştirak edir. Sərginin digər iştirakçıları arasında “Təmiz Şəhər” ASC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “Ekol” və “Yagmur-2” şirkətləri yer alıb. Bundan başqa, SOCAR və “BP” kimi neft şirkətləri suyun / torpağın təmizlənməsi və toksin tullantıların idarə edilməsi üzrə texnologiyaları təqdim edirlər.

Ümumilikdə, əsas diqqəti ətraf mühit problemlərinə və onların həlli yollarına cəlb etməklə yanaşı, “СТЕ” 2015 sərgisində təbii resurslardan səmərəli istifadəsi sahəsində ən son məhsullar, sülb (bərk) tullantıların toplanması və utilizasiyası sistemləri, eləcə də alternativ energetika üzrə müasir avadanlıq nümunələri və digər məhsullar nümayiş olunur. Sərginin debütantları tullantıların utilizasiyası və emalı üçün avadanlıqlar, sutəmizləmə sistemləri və bir sıra digər məhsulları təqdim edirlər.

Sabah sərginin işini işgüzar proqram müşayiət edir, belə ki, Çex Respublikasının milli stendində isə bir sıra təqdimatların keçirilməsi planlaşdırılır. Bundan başqa, noyabr ayının 19-da BMT-nin programı “Hamı üçün davamlı enerji onilliyi 2014-2024” proqramına həsr edilmiş, “EkoSfera”Sosial-Ekoloji Mərkəzinin layihəsi olan “Gənclərin enerji potensialı” çərçivəsində, YUNESKO-nun Bakı ofisinin dəstəyi ilə və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin köməyi ilə 1-ci Beynəlxalq Konfrans keçiriləcək. Bu konfransa Rusiya və Niderland Krallığından ekologiya sahəsi üzrə ekspertlər, eləcə də tələbələr dəvət edilib. Həmçinin sərgi çərçivəsində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi tərəfindən “Deloitte Azərbaycan” şirkətinin ekspertlərinin iştirakı ilə ekoloji təlim metodistləri və orta məktəblərin biologiya, kimya müəllimləri üçün iş görüşü və treninqi keçiriləcək.


DƏSTƏK

Azərbaycan Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi



IDEA İctimai Birliyi
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
VALYUTA MƏZƏNNƏSİ
  30/04/2017 01/05/2017
USD 1.7025 1.7025
EUR 1.8495 1.8542
GBP 2.1978 2.1978
RUR 0.0299 0.0299
HAVA



CTE Azerbaijan is Copyright © 2000-2017 Bütün hüquqlar qorunur. Hosted by VebTek